“Rusiya hakimiyyət orqanları Ukraynanın “Wildberries” və “Ozon” onlayn ticarət platformalarının anbarlarına zərbələr endirəcəyini gözləmirdi”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Delovaya Rossiya” qurultayında çıxışı zamanı bildirib.
Putin qeyd edib ki, “Wildberries” şirkətinin qurucusu Tatyana Kimin çıxışında səsləndirdiyi problemlərdən xəbərdardır.
Kim şirkətin anbarlarına Ukraynanın endirdiyi zərbələrdən danışıb.
“Qaldırdığınız problemlərdən xəbərdaram. Təəssüf ki, biz rəqibin “Wildberrie”s və “Ozon” kimi platformalarımıza qarşı hərəkətləri ilə üzləşmişik. Yeri gəlmişkən, onlar daim müəyyən addımlar atırlar. Yəqin ki, bunu əvvəlcədən proqnozlaşdırmalı idik, amma bu qədər irəli gedəcəklərini düşünmürdük. Lakin getdilər”, – deyə Putin bildirib.
Onun sözlərinə görə, Rusiya cavab zərbələri endirməyə başlayanda Ukrayna tərəfi özünün “himayədarlarına” müraciət edərək Moskvaya təsir göstərmələrini və onun əməliyyatlarını dayandırmalarını istəyir.
Putin bildirib ki, eyni vəziyyət enerji obyektləri ilə bağlı da yaşanıb.
O, Rusiyanın bu hücumlara artıq cavab verməyə başladığını vurğulayıb.
“İlk addımı onlar atdılar. Biz də cavab verməyə başladıq”.

