Azərbaycanda rəsmi qeydiyyatda olan işsizlərin sayı 251,2 min nəfərə çatıb. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği isə 483,4 manat təşkil edib.
Editor.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2026-cı il oktyabrın 1-nə olan məlumatında bildirilib.
Məlumata əsasən, Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyatda olan işsizlərin 53,5 faizini qadınlar təşkil edir.
Ölkədə işsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 483,4 manat olub.

