İtaliya 2024-cü ildə də Ukraynanı dəstəkləyəcəkbackend

İtaliya 2024-cü ildə də Ukraynanı dəstəkləyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliya Müdafiə Nazirliyi Romanın 2024-cü ildə Rusiya ilə müharibədə Ukraynaya dəstək vermək niyyətini təsdiqləyib: hökumət silah tədarükünün davam etdirilməsi haqqında qanun qəbul edib.

Editor.az bildirir ki, bu barədə hərbi İdarəsinin bəyanatına istinadən “The Guardian” xəbər verir. Söhbət gələn ilin sonuna qədər Ukraynanın “vəsait, material və avadanlıq”la təmin olunmasından gedir.

Media aydınlaşdırır ki, müvafiq təchizat təkcə silahları əhatə etməyəcək. Ukrayna Silahlı Qüvvələri üçün elektrik generatorları və digər mühüm resurslar da göndəriləcək. “Silahsız mülki əhalinin müdafiəsi üçün hərbi əməliyyatları dəstəkləmək üçün lazım olan hər şey veriləcək”, – İtaliya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

//Samir Qurbanov, Editor.az