ABŞ dövlət qurumlarına yeni TƏLİMAT: “Süni intellekt” demək qadağan edilir?backend

ABŞ dövlət qurumlarına yeni TƏLİMAT: “Süni intellekt” demək qadağan edilir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Ədliyyə Nazirliyinin əməkdaşlarına rəsmi yazışmalarda “süni intellekt” ifadəsinin əvəzinə “super zəka” terminindən istifadə etmək tapşırılıb.

Editor.az xəbər verir ki, bu barədə “Bloomberg Law”un əldə etdiyi və nazirliyin əməkdaşlarına göndərildiyi bildirilən məlumat qeydində deyilir.

Məlumata görə, terminologiyanın dəyişdirilməsi ABŞ Prezidenti Donald Trampın “süni intellekt” əvəzinə “super zəka” ifadəsinin işlədilməsini nəzərdə tutan sərəncamı əsasında həyata keçirilib.

Yeni qaydaya əsasən, Ədliyyə Nazirliyinin əməkdaşları rəsmi ünsiyyətdə “Artificial Intelligence” (AI) əvəzinə “Super Intelligence” (SI) terminindən istifadə etməlidirlər.

Bu tələbin yalnız daxili və rəsmi yazışmalarla məhdudlaşmadığı, nazirliyin hüquqşünaslarının məhkəmələrə təqdim etdiyi sənədlərdə də yeni terminologiyanın tətbiq ediləcəyi bildirilir.

Donald Tramp sentyabrın 30-da “süni intellekt” əvəzinə “super zəka” ifadəsinin işlədilməsini nəzərdə tutan prezident sərəncamını imzalayıb.

Ağ Evin yaydığı məlumatda qeyd olunur ki, sənəd bütün federal nazirlik və qurumların rəsmi yazışmalarında, ictimaiyyətə açıqlanan məlumatlarda, siyasət sənədlərində və hüquqi xarakter daşımayan digər materiallarda “super zəka” və “SI” terminlərindən istifadəni məcburi edir.

\\ Aydan Bünyatova, Editor.az