Kosovoda prezident seçkiləri başa çatdı – Yeni dövlət başçısı seçildibackend

Kosovoda prezident seçkiləri başa çatdı – Yeni dövlət başçısı seçildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kosovo parlamenti iqtisadçı və professor Justina Şiroka Pulanı ölkənin yeni prezidenti seçib.

Editor.az xəbər verir ki, “Reuters”in məlumatına görə, Şiroka Pula 120 yerlik parlamentdə 81 deputatın dəstəyini qazanaraq prezident postuna seçilib.

Onun namizədliyinin təsdiqlənməsi Baş nazir Albin Kurtinin rəhbərlik etdiyi hakim Özünütəyinetmə Partiyası ilə müxalifətdə olan Kosovo Demokratik Partiyası arasında əldə edilmiş siyasi razılaşmadan sonra mümkün olub.

Razılaşmanın əsas müddəalarından biri Haaqada fəaliyyət göstərən müharibə cinayətləri məhkəməsinin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlıdır.

Kosovoda prezident vəzifəsi əsasən simvolik və təntənəli xarakter daşıyır. Bununla belə, dövlət başçısının seçilməsi ölkədə daha əvvəl də siyasi böhran və qeyri-sabitliklə nəticələnib.

Qanunvericiliyə əsasən, prezident seçilmək üçün namizəd ilk mərhələdə parlament üzvlərinin üçdə ikisinin dəstəyini əldə etməlidir. Lakin ölkədə siyasi qüvvələr arasında namizəd məsələsində razılığın əldə olunması bir sıra hallarda çətinləşib.

1953-cü ildə anadan olan Justina Şiroka Pula hazırda Kosovo Elmlər və İncəsənət Akademiyasına rəhbərlik edir. O, eyni zamanda iqtisadiyyat professorudur.

Şiroka Pula 2008-2011-ci illərdə Kosovonun iqtisadiyyat naziri vəzifəsində çalışıb.