Tokioda ən yaxşı yatana 2 milyon yen verdilər – Qeyri-adi yarış – VİDEObackend

Tokioda ən yaxşı yatana 2 milyon yen verdilər – Qeyri-adi yarış – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tokioda keçirilən qeyri-adi yuxu yarışmasının qalibinə 2 milyon yen, yəni təxminən 14 min dollar mükafat verilib.

Editor.az Euronews-a istinadən xəbər verir ki, yarışma yataq istehsalçısı “Koala” şirkəti tərəfindən təşkil olunub.

Yarış zamanı iştirakçılar xüsusi çarpayılarda yatıb, onların yuxu prosesi müxtəlif cihazlar vasitəsilə izlənilib. Görüntülərdə iştirakçıların yatması, yuxu zamanı hərəkət etməsi və tədbir əməkdaşları tərəfindən ehtiyatla oyadılması əks olunub.

Yarışmanın qalibinə 2 milyon yen məbləğində pul mükafatı təqdim edilib. İştirakçılar bildiriblər ki, gündəlik həyatın sıxlığına baxmayaraq, bu tədbir onlara keyfiyyətli yuxu almaq imkanı yaradıb.

Yarışın iştirakçılarından biri qazandığı pulları köçmə xərclərinə və yeni yataq almağa sərf etməyi planlaşdırdığını bildirib.

Təşkilatçılar tədbirlə eyni zamanda Yaponiyada yuxu çatışmazlığı probleminə diqqət çəkməyi hədəfləyiblər. Onların sözlərinə görə, ölkədə uzun saatlar işləmək və cəmiyyətin ümumi həyat tərzinə uyğunlaşmaq mədəniyyəti insanların istirahətə ayırdığı vaxtı azaldır.

Qeyri-adi yarış vasitəsilə təşkilatçılar insanların kifayət qədər yatmağın və keyfiyyətli istirahətin əhəmiyyəti barədə daha çox düşünməsini istəyiblər.

\\ Aydan Bünyatova, Editor.az