“Nənələr” qrupunun üzvünün oğlu Ukraynada həlak oldu – Dron zərbəsibackend

“Nənələr” qrupunun üzvünün oğlu Ukraynada həlak oldu – Dron zərbəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həyatını itirib.

Editor.az APA-ya istinadən xəbər verir ki, məlumata görə, Lənkəran rayonunun Separadi kənd sakini, 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev Ukraynada dron hücumu nəticəsində həlak olub.

Məlumata əsasən, həkim kimi müharibəyə qatılan Vahab Quliyev xidməti vəzifəsini yerinə yetirərkən Rusiya PUA-sının zərbəsinə məruz qalıb. Hadisə bir neçə gün əvvəl Kupyansk istiqamətində gedən döyüşlər zamanı baş verib.

58 yaşlı Vahab Quliyev müharibənin başlamasından təxminən bir il sonra Ukrayna tərəfindən ixtisası üzrə xidmət göstərmək üçün hərbi xidmətə cəlb edilib. Xidmət müddətində iki dəfə yaralanan həkim müalicə olunduqdan sonra yenidən döyüş bölgəsinə qayıdıb.

Sonuncu döyüş zamanı aldığı PUA zərbəsi nəticəsində həyatını itirən Quliyevin nəşinin Azərbaycana gətirilməsi istiqamətində tədbirlər görülür.

Qeyd edək ki, Vahab Quliyev 1986-cı ildə Ukraynada Tibb İnstitutuna daxil olub. Daha sonra Moskvada namizədlik dissertasiyasını müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsi alıb.

O, 30 ildən artıq müddətdə Ukraynada yaşayıb.

Vahab Quliyev tanınmış “Nənələr” folklor qrupunun üzvü Xanımbacı Quliyevanın oğlu olub.