Bakıda sürücülərin DİQQƏTİNƏ: Bu yollarda hərəkət məhdudlaşdırılacaqbackend

Bakıda sürücülərin DİQQƏTİNƏ: Bu yollarda hərəkət məhdudlaşdırılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Binəqədi və Sabunçu rayonlarında aparılacaq yol təmiri işləri səbəbilə nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq ediləcək.

Editor.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına əsasən, məhdudiyyətlər oktyabrın 7-dən qüvvəyə minəcək.

Təmir işlərinə oktyabrın 7-si saat 15:00-da start veriləcək.

Binəqədi rayonunda işlər Binəqədi qəsəbəsində yerləşən Cəfər Cabbarlı küçəsində həyata keçiriləcək.

Sabunçu rayonunda isə təmir işləri Zabrat-Maştağa şosesinin Elşən Məhərrəmli küçəsi ilə kəsişdiyi ərazidən Dövlət Gömrük Komitəsinin Akademiyasının qarşısına qədər olan hissəni əhatə edəcək. Sözügedən ərazidə hər iki istiqamətdə hərəkətə məhdudiyyət tətbiq olunacaq.

AAYDA sürücülərə səfərlərini əvvəlcədən planlaşdırmağı, mümkün olduqda alternativ yollardan istifadə etməyi və sözügedən ərazilərdən keçərkən diqqətli olmağı tövsiyə edib.