Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında rəhbər dəyişikliyi baş verib.
Editor.az xəbər verir ki, bu barədə Trend məlumat yayıb.
Bildirilib ki, bu gün keçirilən Şura iclasında sədrin vəzifədən azad edilməsi məsələsi müzakirəyə çıxarılıb.
İclasın yekununda qəbul olunan qərara əsasən, Qəzənfər Abdullayev Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri vəzifəsindən azad edilib.
Yeni sədr seçilənədək quruma rəhbərlik sədr müavini Xatirə İbrahimliyə həvalə olunub.

