Kreml Fransanın strateji ballistik raketin sınaq buraxılışına münasibət bildirib.
Editor.az APA-ya istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov problemlərin nümayişkaranə raket sınaqları və buraxılışları ilə deyil, dialoq vasitəsilə həll edilməli olduğunu deyib.
Peskov Avropada hərbiləşmə prosesinin sürətləndiyini bildirib. Onun sözlərinə görə, Avropa İttifaqının iqtisadi birlikdən hərbi-siyasi bloka çevrilməsi ilə bağlı planlar narahatlıq doğurur.
Kremlin sözçüsü qeyd edib ki, Avropanın müdafiə və təhlükəsizlik siyasətini Rusiya ilə qarşıdurma üzərində qurması düzgün yanaşma deyil və belə bir siyasət çıxılmaz yola aparır.
Peskovun sözlərinə görə, bu cür addımlar fonunda Rusiya milli təhlükəsizliyini strateji səviyyədə təmin etmək üçün zəruri tədbirlər görür.
Bununla yanaşı, o, Moskvanın dialoqa açıq olduğunu vurğulayıb.
“Problemlər nümayişkaranə raket buraxılışları ilə deyil, dialoq yolu ilə həll olunmalıdır”, – deyə Peskov bildirib.

