Rəşid Mahmudov Elza Seyidcahana 500 manat ödəyəcək – Məhkəmə qərarıbackend

Rəşid Mahmudov Elza Seyidcahana 500 manat ödəyəcək – Məhkəmə qərarı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist və bəstəkar Elza Seyidcahanın tibb elmləri namizədi Rəşid Mahmudova qarşı qaldırdığı mülki iddia üzrə məhkəmə prosesi yekunlaşıb.

Editor.az APA-ya istinadən xəbər verir ki, işə Yasamal Rayon Məhkəməsində hakim Fuad Hüseynovun sədrliyi ilə baxılıb.

Məhkəmə iclasında Elza Seyidcahanın vəkili Elşən Behbudov çıxış edərək mülki iddianın təmin edilməsini istəyib.

Araşdırmanın nəticəsi olaraq məhkəmə iddianın qismən təmin olunmasına qərar verib.

Qərara əsasən, Rəşid Mahmudov Elza Seyidcahana mənəvi ziyana görə 500 manat ödəməlidir.

Qeyd edək ki, Elza Seyidcahan Rəşid Mahmudovun televiziya efirlərindən birində onun ünvanına təhqiramiz ifadələr səsləndirdiyini iddia edib. Buna görə də məhkəməyə müraciət edən sənətçi mənəvi zərərin əvəzi olaraq qarşı tərəfdən 10 min manat tələb edib.

Məhkəmənin qərarı ilə tələb olunan məbləğin bir hissəsi təmin olunub və mənəvi ziyana görə 500 manat ödənilməsi müəyyənləşdirilib.