Bakıda sabah hava necə olacaq? – Proqnoz AÇIQLANDIbackend

Bakıda sabah hava necə olacaq? – Proqnoz AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Editor.az xəbər verir ki, gün ərzində hava dəyişkən buludlu olacaq, bəzi vaxtlarda isə buludluluğun artacağı ehtimal edilir.

Şəhərətrafı bəzi ərazilərdə gündüz saatlarında qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Səhər saatlarında ayrı-ayrı yerlərdə duman müşahidə oluna bilər.

Paytaxt və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək. Gecə temperaturunun 15-18°, gündüz isə 19-23° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 faiz, gündüz 55-60 faiz təşkil edəcək.

Bölgələrdə hava şəraiti

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi bildirilir. Bununla belə, günün birinci yarısında ölkənin bəzi şərq rayonlarında qısamüddətli yağış yağması və şimşək çaxması ehtimalı var.

Gecə və səhər saatlarında bəzi ərazilərdə duman müşahidə ediləcək. Rayonlarda şərq küləyi əsəcək.

Aran rayonlarında gecə temperaturu 12-17°, gündüz 21-26° isti olacaq. Dağlıq ərazilərdə isə gecə 2-7°, gündüz 13-18° isti proqnozlaşdırılır.