Azərbaycan tərəfindən Ukraynaya göndərilməsi nəzərdə tutulan növbəti humanitar yardım yükü yola salınıb.
Editor.az APA-ya istinadən xəbər verir ki, humanitar məqsədlə nəzərdə tutulan elektrik avadanlıqları Sumqayıt Texnologiyalar Parkının ərazisindən Ukraynaya göndərilib.
Ukrayna tərəfinin müraciəti əsasında hazırlanan yükə kabel, naqil, transformator və digər elektrik avadanlıqları daxil edilib. Yardımın ümumi dəyərinin 2,5 milyon manat olduğu bildirilib.
Qeyd olunub ki, Azərbaycan daha əvvəl də Ukraynanın elektrik təchizatının təmin olunmasına dəstək məqsədilə müxtəlif humanitar yardımlar göndərib.
Növbəti yardımın göndərilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 sentyabr 2026-cı il tarixli Sərəncamına əsasən həyata keçirilib.
Humanitar yardımın təşkilini və təmin edilməsini Energetika Nazirliyi həyata keçirib.

