Yunanıstanın Kasos adası yaxınlığında qısa müddət ərzində 8 yeraltı təkan qeydə alınıb.
Editor.az xəbər verir ki, Yunanıstan mətbuatının məlumatına əsasən, zəlzələlər oktyabrın 7-də gecə saatlarından səhərədək davam edib.
Yeraltı təkanların maqnitudası 2,4-4,1 arasında dəyişib. Ən güclü zəlzələnin episentri Kasos adasından təxminən 29 kilometr qərbdə yerləşib.
Bu təkanın ardınca, 7 dəqiqə sonra adanın 35 kilometr qərbində 3,9 maqnitudalı daha bir zəlzələ baş verib.
Daha sonra ərazidə maqnitudası 2,4-2,7 arasında dəyişən dörd zəif yeraltı təkan qeydə alınıb.
Sonuncu zəlzələ isə səhər saat 10:27-də Kasos adasından 22 kilometr qərb-cənub-qərbdə baş verib. Təkanın maqnitudası 3,2 olub.

