Bakının Sabunçu rayonunda lombarddan pul və qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı bir nəfər saxlanılıb. Eyni rayonda motosiklet oğurlamaqda şübhəli bilinən daha iki şəxs də tutulub.
Editor.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, Sabunçu rayonu ərazisində fəaliyyət göstərən lombardlardan birindən 7500 manat nağd pul və ümumi dəyəri 14 500 manat olan qızıl-zinət əşyaları oğurlanıb.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən və həmin lombardda işləyən A. Əsgərov müəyyən edilərək saxlanılıb.
Bundan başqa, rayon ərazisindən “Tufan” markalı motosikleti qanunsuz olaraq ələ keçirməkdə şübhəli bilinən daha iki nəfər də polis tərəfindən saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.

