Təcili Tibbi Yardım Mərkəzinə yeni rəhbər təyin olundu – FOTObackend

Təcili Tibbi Yardım Mərkəzinə yeni rəhbər təyin olundu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin olunub.

Editor.az Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) istinadən xəbər verir ki, Oqtay İsmət oğlu Gözəlov mərkəzin direktoru vəzifəsinə gətirilib.

Oqtay Gözəlov əmək fəaliyyətinə həkim-psixiatr kimi başlayıb. Daha sonra hərbi həkim kimi xidmət edib.

O, peşəkar fəaliyyəti ərzində Beynəlxalq Qızıl Xaç Komitəsi, “Sərhədsiz Həkimlər” və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətində müxtəlif ekspert və rəhbər vəzifələrində çalışıb. Eyni zamanda KfW İnkişaf Bankının maliyyələşdirdiyi layihələrdə fəaliyyət göstərib.

Oqtay Gözəlov 2008-ci ildən etibarən Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) müxtəlif rəhbər və ekspert vəzifələrində çalışıb.

Onun ÜST-nin İsveçrənin Cenevrə şəhərində yerləşən Baş Qərargahında, eləcə də Avropa, Yaxın Şərq və Qərbi Sakit Okean regionlarında fəaliyyət təcrübəsi var.

Gözəlov həmçinin Danimarka və Özbəkistanda müxtəlif vəzifələrdə çalışıb. Son dövrlərdə isə ÜST-nin Ukrayna Ölkə Ofisində komanda rəhbəri vəzifəsini icra edib.

Yeni təyinatla Oqtay Gözəlov Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə rəhbərlik edəcək.