İstanbulun Başakşehir rayonunda yerləşən Şeyx Şamil İmam Hatip Orta Məktəbində bıçaqlı hücum baş verib.
Editor.az Türk mediasına istinadən xəbər verir ki, hadisə zamanı bir şagirdin bıçaqla hücumu nəticəsində beş qız şagird xəsarət alıb.
Hadisədən sonra məktəbə təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralanan şagirdlər təcili yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıblar.
Hücumu törətdiyi bildirilən məktəbli polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.

