Harri Keynin “Bavariya” ilə yeni müqaviləsində bir məsələ qaldıbackend

Harri Keynin “Bavariya” ilə yeni müqaviləsində bir məsələ qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bavariya”nın ingiltərəli hücumçusu Harri Keynlə yeni müqavilə üzrə danışıqlarda mühüm irəliləyiş əldə olunub.

Editor.az tanınmış insayder Fabritsio Romanonun özünün sosial şəbəkə hesabında paylaşdığı məlumata istinadən xəbər verir ki, Münhen klubunun rəhbərliyi ilə 33 yaşlı futbolçu arasında yeni sözləşmənin maliyyə şərtləri ilə bağlı razılıq əldə edilib.

Bildirilir ki, tərəflər Harri Keynin yeni müqavilə çərçivəsində alacağı əməkhaqqı və bonusların strukturu barədə ortaq mövqeyə gəliblər.

Bununla belə, müqavilənin müddəti hələlik razılaşdırılmayıb. Bu məsələnin növbəti danışıqlarda müzakirə ediləcəyi gözlənilir.

Harri Keynin “Bavariya” ilə hazırkı müqaviləsi 2027-ci il iyunun 30-dək qüvvədədir.

İngiltərə millisinin üzvü cari mövsümdə Münhen klubunun heyətində 7 oyuna çıxıb. O, bu qarşılaşmalarda 6 qola imza atıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Beləliklə, “Bavariya”nın Harri Keynlə yeni müqavilə imzalamaq istiqamətində danışıqları davam edir və tərəflər arasında razılaşdırılmalı əsas məqam müqavilənin müddətidir.