Quba rayonunda keçirilən əməliyyat zamanı külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkarlanıb.
Editor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş R. Əliyev və S. Talıbov saxlanılıblar.
Araşdırma zamanı saxlanılan şəxslərdən ümumilikdə 19 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Keçirilən istintaq tədbirlərinin nəticəsinə əsasən, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə araşdırma davam etdirilir.

