Prezident Azərbaycanda koronavirus əleyhinə peyvəndlənmənin nə vaxt başlayacağını açıqladıbackend

Prezident Azərbaycanda koronavirus əleyhinə peyvəndlənmənin nə vaxt başlayacağını açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirusa qarşı vaksinasiya proqramına gələn ilin əvvəlindən başlaması planlaşdırılır.

Pravda.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev MDB dövlət başçılarının video-konfrans formatında keçirilən sammitində çıxışında deyib.

Prezident peyvəndlənmənin könüllü olacağını, dövlət hesabına aparılacağını bildirib.

Dövlət başçısı vaksinasiyaya dair strategiyanın hazırlandığını qeyd edib.