Bakı, 19 iyun 2025 — Doğru ixtisas seçimi gənclərin gələcək həyat və karyera uğurlarında əsas açar rolunu oynayır. Lakin hər il yüzlərlə gənc yanlış istiqamətdə seçim edərək, həm vaxtını, həm də potensial imkanlarını itirir. Məhz bu səbəbdən EDDE Global, beynəlxalq səviyyədə qəbul olunmuş Holland Metoduna əsaslanaraq tələbələrə elmi və fərdi yanaşma təqdim edir.
EDDE Global tərəfindən təqdim olunan Holland Metod Testləri tələbələrin maraq sahələrini, bacarıq və şəxsi xüsusiyyətlərini analiz edərək onların gələcək ixtisaslarını dəqiq və elmi əsaslarla müəyyən etməyə kömək edir.
Test necə aparılır?
Müsahibə zamanı iştirakçılara “Hava durumu təxmini üçün şəxsi müşahidələrdən istifadə etmək”, “Bir quş yemliyi dizayn etmək”, “Bir iclası idarə etmək” və “Bir elmi muzeyi incələmək” kimi 90 müxtəlif ssenariyə əsaslanan suallar təqdim olunur. Bu cavablar əsasında iştirakçının maraqları və düşüncə tərzi təhlil edilir və nəticədə ona uyğun gələn ixtisas sahələri elmi şəkildə proqnozlaşdırılır.
EDDE Global-ın direktoru Miryusif Cavadzadə məsələyə belə aydınlıq gətirir:
“Hər il yüzlərlə insan səhv ixtisasın qurbanı olaraq sadəcə qulaqdan dolma ixtisasları seçirlər. Bizim istəyimiz təkcə bilinən Tibb, Kompüter Mühəndisliyi və Biznes ixtisasları deyil, digər dəyərli sahələr barədə də maarifləndirmə aparmaq və insanlara düzgün ixtisas seçiminə dəstək olmaqdır.”
Şirkətin təqdim etdiyi xidmətlərə aşağıdakılar daxildir:
🔹 Rəsmi Holland Metod Testləri – Elmi əsaslarla ixtisas yönümünü müəyyənləşdirən beynəlxalq testlər
🔹 Fərdi müsahibələr və peşəkar məsləhətlər – Tələbənin şəxsi göstəricilərinə uyğun təhlil və tövsiyələr
🔹 Fərdi təhsil planı – Uyğun proqram, universitet və ölkə seçimləri ilə gələcəyin planlaşdırılması
Niyə Holland Metodu?
Maraqlar ilə peşə arasında uyğunluğu təyin edən bu metod dünyada etibarlı elmi yanaşma kimi tanınır. Doğru istiqamət, gələcəkdə həm iş həyatında məmnuniyyət, həm də daha yüksək uğur faizi deməkdir.
EDDE Global çağırış edir:
Tələbələr və valideynlər ixtisas seçiminə sırf populyarlıq prizmasından deyil, şəxsi potensial və real uyğunluq əsasında yanaşmalıdırlar. Elmi testlər və peşəkar dəstək bu prosesi daha effektiv və məqsədyönlü edir.