Dünya və Avropa çempionu futbolçu karyerasını başa vurdubackend

Dünya və Avropa çempionu futbolçu karyerasını başa vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya millisinin heyətində dünya və Avropa çempionluğu yaşayan Pedro Rodriges peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Editor.az xəbər verir ki, 39 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Rodriges açıqlamasında artıq yeni mərhələyə keçmək vaxtının çatdığını bildirib. O, futbol karyerası ərzində qazandığı uğurlardan qürur duyduğunu və ona dəstək olan hər kəsə təşəkkür etdiyini qeyd edib.

Təcrübəli futbolçunun son klubu İtaliyanın “Latsio” komandası olub. Rodriges bundan əvvəl İspaniyanın “Barselona”, İngiltərənin “Çelsi” və İtaliyanın “Roma” klublarında çıxış edib.

O, İspaniya milli komandası ilə 2010-cu ildə dünya, 2012-ci ildə isə Avropa çempionu olub.

Rodriges peşəkar karyerası ərzində müxtəlif turnirlərdə çoxsaylı titullara sahib çıxıb və İspaniya futbolunun tanınmış simalarından birinə çevrilib.