Polşada məktəbdə bıçaqlı hücum: 9 nəfər yaralandıbackend

Polşada məktəbdə bıçaqlı hücum: 9 nəfər yaralandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın Astrolenka şəhərində yerləşən peşə-texniki təhsil müəssisəsində bıçaqlı hücum baş verib.

Editor.az xəbər verir ki, bu barədə “RMF24” radiosu məlumat yayıb.

Hadisə nəticəsində azı 9 nəfərin xəsarət aldığı bildirilir. Yaralananların böyük hissəsinin tələbələr olduğu, həmçinin bir müəllimin də hücum zamanı xəsarət aldığı qeyd olunub.

Məlumata görə, yaralılardan ikisinin vəziyyəti ağır qiymətləndirilir. Hadisədən sonra tələbə və məktəb əməkdaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə təhsil müəssisəsinin fəaliyyəti müvəqqəti dayandırılıb.

Əraziyə təcili tibbi yardım briqadaları ilə yanaşı, sanitar aviasiya helikopteri də cəlb olunub.

Hücumu törətməkdə şübhəli bilinən 19 yaşlı şəxsin hadisə yerindən uzaqlaşdığı bildirilib. Polis əməkdaşları qısa müddət sonra şübhəlini şəhər çimərliyi yaxınlığında saxlayıblar.

“RMF24”ün məlumatına əsasən, saxlanılan şəxsin həmin peşə-texniki məktəbin tələbəsi olduğu müəyyənləşdirilib.

Hadisənin səbəbləri və hücumun motivi ilə bağlı araşdırma davam etdirilir.