Fransa yeni nüvə tutumlu ballistik raketini sınaqdan keçirdibackend

Fransa yeni nüvə tutumlu ballistik raketini sınaqdan keçirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa nüvə potensialına malik yeni M51.3 ballistik raketinin ilk sınaq atışını həyata keçirib.

Editor.az TASS-a istinadən xəbər verir ki, Fransa Müdafiə Nazirliyinin açıqlamasına görə, sınaq atışı Bretan sahillərindən kənarda yerləşən “Le Vigilant” nüvə enerjili sualtı qayığından həyata keçirilib.

Məlumata görə, sınaq zamanı raketdə döyüş başlığı olmayıb. M51 raket ailəsinin yeni versiyası olan M51.3-ün atışdan sonra Şimali Atlantik okeanına düşdüyü bildirilib.

Fransa mediasının yaydığı məlumata əsasən, ölkə prezidenti Emmanuel Makron raketin sınaq buraxılışını Fransaya məxsus hərbi gəmidən izləyib.

M51.3 raketi Fransanın nüvə qüvvələrinin tərkibində istifadə olunan M51 ballistik raketinin təkmilləşdirilmiş versiyası hesab olunur.

\\ Aydan Bünyatova, Editor.az