Satqın keşiş ifşa edildibackend

Satqın keşiş ifşa edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Luqansk vilayətinin Severodonetsk qəsəbəsində Moskva Patriarxlığının keşişi düşmənlə əməkdaşlıq edib. Editor.az xəbər verir ki, bu barədə Luqansk Regional Hərbi Administrasiyasının rəhbəri Serhi Qayday Telegram-da məlumat verib.

Məlumata görə, aprelin 26-da hüquq-mühafizə orqanlarının əməkdaşları Moskva Patriarxlığının Ukrayna Pravoslav Kilsəsinin keşişinin mobil telefonunu yoxlayıblar.

Məlum olub ki, həmin şəxs işğalçılara çalışıb və onlara Ukrayna hərbçiləri haqqında məlumatlar ötürüb. “Bu vətəndaşın telefonunda Ukrayna Silahlı Qüvvələrinin sayı, yeri və silahları ilə bağlı məlumatlar, qeyri-qanuni silahlı birləşmələrin nümayəndələri ilə yazışmalar aşkar edilib”, – Qayday yazıb.

Editor.az