Eskişehirdə polisin gecə saatlarında xidməti avtomobildə qadına təcavüz etməsi iddiası ilə əlaqədar istintaq başladılıb.
Editor.az haberler.com-a istinadən xəbər verir ki, Ədliyyə Tibb Təşkilatına göndərilən oturacaq örtüklərində təcavüz faktına dair sübutlar toplanılacaq. Qadının etdiyi iddia böyük əks-səda doğurub. İddiaçı qadın polis əməkdaşlarının bütün gecəni ona təcavüz etdiklərini bildirib.

